Friday, April 1, 2011

Suri

(ترجمه در بخش نظرات نوشته شده است)
Cəhənnəmdə bitən gül
Fələkin qanlı əlindən bir atılmış yerə əndi , Bir fəlakət ananin can şirəsindən südün əmdi , Böllü nisgil şələsin çiyninə aldi , Tay tuşundan dalı qaldi , sari gul misli saraldı , günü tək bağri qaraldı . Dərd əlindən zara gəldi , Günü gündən qara gəldi , xan çobansız selə tapşırsın özün yurdumuza bir Sara gəldi . bir vəfa sız yar əlindən , yara gəlməz , sana gəldi . bir yazığ , can əlindən cana gəlməz , cana gəldi . geçə cəkdə ƏLƏMUT  damənəsindən buriya dərmana gəldi . Bir adamsız SURİ adli , əli bağlı , dili bağlı. SURİ kimdi? Suri bir güldü cahannamdə bitibdi , Suri bir damcıdı , gözdən axaraq , üzdə itibdi . Suri bir mərsiyədi oxşayarağ sözdə itibdi . o  könüllərdə ki itmişdi əzəldən , odu gözdən də itibdi . Suri bir gözləri bağlı , özi dağlı , sözi dağlı . Olub hardan hara bağlı. Boşleyib doğma diyarın , umub əlbəttə yarindan , əl üzüb hər nə varından . Qorxmeyib şəhrimizin qışda amansız boranından , nə qarından . Gəzir avarə tapa yandırıcı dərdinə çarə , tapa bilmir . Çox sevir eşqi başından ata , amma ata bilmir . Ova bax , ovçi dalınca qaçır , amma çata bilmir . işə bax Leyli tüşüb çöllərdə Məcnun sorağında . Şirin əldə teşə dağ parcalayır , Fərhad oturmuş otağında. Teşnə ləb Qu necə gör can verir dərya qırağında . Gözdə həsrət yerini xoşleyib ebham dodağında.Varlığın son əsəri az qalır itsin yanaqında. Sankı  bir közdü bürünmüş külə varlıq ocağında. Közərir piltə kimin yağ tokənibdir çırağında. Boy atir rənc baqında , qocalır gənc çaqında. Bir adamsız Suri adlı , əli baqlı , dili baqlı....
Suri can ümmə fələkdən , fələkin yoxdu vəfası. Nəqədər yoxdu vəfası , o qədər çoxdu cəfası. Köhnə rəqqasə kimin hər kəsə bir cürdü ədası. O ayağdan duşəni istir ayaqdan salan olsun. O talanmışları istir günü gündən talan olsun. O atılmışları istir hamudan çox atan olsun. O satılmışları istir qul edər kən satan olsun. Neyləmək , qurqu bucurdur fələkin nəzmi əzəldən olub əzdadinə baqlı. Qara sız ağlar olanmaz , dərə sız dağlar olanmaz , ölüsüz sağlar olanmaz. Gərək hər bir gözələ bir dana cirkin də yaransın. Biri ənsin yerə göydən , biri ərşə ucalansın. Biri çalsın əl əyax qam dənizində , biri sahildə sevinc ilə dayansın. Biri zillət palazın başə çakib yatsada ancağ , birinin bəxti oyansın. Biri quylansın ne’mət lərə yer siz , biri  də qanə boyansın.
Ay adamsız Suri adlı , saçlarından dara bağlı , neyləmək iş belə gəlmiş. Çör gələndə gülə gəlmiş , fələkin əyri kəmaninda olan ox atılanda , düzə dəymiş , əyri qalmış , düzi əymiş. Oni xoşlar bu fələk el Sarasın , sellər aparsın. Bülbül həsrət çəkərək , gül səmərin yellər aparsın. Qeysi çöllərdə qoyub Leylini mahmellər aparsın. Xosroye şirin ilən əl ələ versin , Fərhadın qamətin əysin. Baxarağ çərxe zaman nəşiyə gəlsin , keyfə dolsun. Surilər solsa da solsun , biri baş yolsa da yolsun. Sısqa bir ulduz əgər olmasa ulduzlar içində , bu səma zülmətə batmaz , daş atan kül başı qoymuş daşını özgiyə atmaz. Sən yetişsən hədəfə , onda fələk məqsədə çatmaz , daha əfsanə yaratmaz , Suri ey başı bəlalı , zamanın qanlı qəzalı....
Suri bir quşdu xəzan ayri salıbdır yuvasından. Əl üzübdür atasından , cucə dir heyf ola sud görmeyib əsla anasınnan. O Zuleyxa kimi Yusef iyin almır libasınnan. Buna qane’di tənəfus eleyir yar havasından. Dard verən , dərdə salıb , amma xəbər yox davasından. Ağlayıb sısqayaraq bəhrə aparmır duvasından. O bir ayenə dir rəssam çəkib ustunə zəngar.onda yox qodrəte goftar. Yüzü çirkin , dili bimar , kənc vağtində del azar. Görəsən kimdi xətakar , görəsən kimdi cəfa kar,,,,,,                 

No comments:

Post a Comment